Bank Of Baku

Bakıda “Yaradıcı qadınlar: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib

Bakıda “Yaradıcı qadınlar: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib
# 24 iyun 2008 09:48 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə “Yaradıcı qadınlar: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbir Azərbaycan Qadınlarının III qurultayına hazırlıq çərçivəsində təşkil olunub. Tədbirdə giriş sözü ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınların yaradıcılıq təşkilatlarında təmsilçiliyini göstərən mövcud statistikanı açıqlayıb: “Azərbaycan Yazıçılar Birliyinin 1270 üzvündən 170 nəfəri, Azərbaycan Jurnalistlər İttifaqının 3200 üzvündən 700 nəfəri, Azərbaycan Bəstəkarlar İttifaqının 178 üzvündən 95 nəfəri, Azərbaycan Teatr Xadimləri İttifaqının 684 üzvünün 213 nəfəri, Azərbaycan Rəssamlar İttifaqının 1200 üzvündən 293 nəfəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının 263 üzvündən 50 nəfəri, Azərbaycan Memarlar İttifaqının 416 üzvündən 149 nəfəri qadındır”. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov, Bülbül adına Musiqi Məktəbinin direktoru Nigar Cərullazadə və digərlərinin çıxışlarında qadınların yaradıcılıq potensialının stimullaşdırılması üçün müxtəlif təkliflər irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR