Bank Of Baku

“Heç bir uşağı nəzərdən qaçırmayaq” milli ictimai mükafatının təqdimatı keçirilib

“Heç bir uşağı nəzərdən qaçırmayaq” milli ictimai mükafatının təqdimatı keçirilib
# 24 iyun 2008 11:51 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Heç bir uşağı nəzərdən qaçırmayaq” milli ictimai mükafatının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən UNİCEF-in Azərbaycandakı nümayəndəsi Hanaa Singer uşaq hüquqlarının müdafiəsi və təbliği məqsədilə keçirilmiş kampaniyanın dövlət qurumları, özəl sektor və QHT-lər tərəfindən dəstəkləndiyini bildirib: “Gələcək nəsli sağlam görmək üçün bu gün bu işə investisiya qoymaq lazımdır”. Azərbaycanda missiyası başa çatan H. Singer “burada keçirdiyim unudulmaz illərə görə sizə minnətdaram”, deyib.
Qeyd edək ki, ictimai mükafat 8 nominasiya üzrə müxtəlif qurumlara təqdim olunub. Tədbirdə Bülbül adına orta ümumtəhsil musiqi məktəbinin məzunları və şagirdlərinin iştirakı ilə konsert də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR