Bank Of Baku

Azərbaycanda orta məktəb şagirdi narkotiklərlə bağlı cinayətə görə saxlanılıb

Azərbaycanda orta məktəb şagirdi narkotiklərlə bağlı cinayətə görə saxlanılıb
# 24 iyun 2008 12:36 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev bildirib. Onun sözlərinə görə, həmin dövrdə narkotiklərlə bağlı 2141 şəxs yaxalanaraq cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 1-i orta məktəb şagirdi, 4-ü 18 yaşadək, 512-si 30 yaşadək, 1625-i 30 yaşdan yuxarı şəxsdir. Bu şəxslərdən 17-si fəhlə, 11-i qulluqçu, 2-si maddi məsul şəxs, 2-si nəqliyyat işçisi, 1994-ü işsiz, 73-ü qadın, 2068-i kişi, 617-si əvvəllər məhkum olunan, 60-ı xarici ölkə vətəndaşıdır. Qrup sədrinin sözlərinə görə, onlardan 92 kiloqramdan artıq narkotik vasitə götürülüb. Bu müddətdə qanunsuz dövriyyədən 1,150 tondan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb: “Tədbirlər çərçivəsində yabanı halda bitmiş və qanunsuz əkilib-becərilən 359 tondan çox narkoxassəli bitki aşkarlanaraq məhv edilib”. Qrup rəhbəri qeyd edib ki, 2007-ci ildə həkim təyinatı olmadan narkotik vasitələrdən istifadə etdikləri üçün 32 nəfər vəfat edib. Ötən il həmçinin qanunsuz dövriyyədən çıxarılan 676 kiloqram 575 qram müxtəlif növ narkotik vasitə yandırılaraq məhv edilib ki, bu, 2006-cı illə müqayisədə 33 faiz, yəni 170 kiloqram çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR