“İçərişəhərin müdafiə istehkamları hərbi vətənpərvərlik simvoludur” mövzusunda elmi-praktik konfrans keçirilib
24 iyun 2008 15:52 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyinə həsr olunmuş “İçərişəhərin müdafiə istehkamları hərbi vətənpərvərlik simvoludur” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin sədri Kamran İmanov 500-dən artıq abidədən ibarət olan İçərişəhərin vaxtilə müdafiə qalası, möhtəşəm istehkam olduğunu bildirib: “Ərazidən tapılan müxtəlif silah növləri də qalanın XII əsrdən bəri müdafiə məqsədilə istifadə edildiyini göstərir”. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət, Milli Təhlükəsizlik Nazirliyi aparatının rəhbəri Fərhad Vahabov, tarix elmlər doktoru Kamil İbrahimov və başqaları da çıxışlarında İçərişəhərin qala divarlarının müdafiə məqsədilə istifadə edildiyini və bu tarixin gənc nəslə öyrədilməsinin zəruriliyini vurğulayıblar.
Konfransda “İçərişəhərin müdafiə istehkamları” jurnalının təqdimatı da keçirilib.
Konfransda “İçərişəhərin müdafiə istehkamları” jurnalının təqdimatı da keçirilib.
Sosial
Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib
17:46
3 may 2024
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
17:30
3 may 2024
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
17:28
3 may 2024
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
16:40
3 may 2024