Bank Of Baku

Ramil Usubov Niderland Krallığı Ədliyyə Nazirliyinin baş katibi Yoris Demmiki qəbul edib

Ramil Usubov Niderland Krallığı Ədliyyə Nazirliyinin baş katibi Yoris Demmiki qəbul edib
# 24 iyun 2008 15:53 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün daxili işlər naziri general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan Niderland Krallığı Ədliyyə Nazirliyinin baş katibi Yoris Demmikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, R. Usubov deyib ki, rəhbərlik etdiyi qurumla Niderland Krallığının DİN-i arasında birbaşa əlaqə olmadığından əməkdaşlıq İnterpol çərçivəsində həyata keçirilir. Nazir bildirib ki, ikitərəfli əlaqələrin yaradılması istiqamətində ilk addım olaraq DİN-də iki ölkənin müvafiq qurumları arasında “Əməkdaşlığa dair Memorandum” layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib, hazırda layihəsi digər dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Görüşdə transmilli mütəşəkkil cinayətkarlığın bir növü olan qanunsuz miqrasiya məsələlərinə də toxunub. Qeyd olunub ki, son illər xüsusən Cənubi Şərqi Asiya ölkələrindən Azərbaycana miqrantların axını güclənib. Nazirliyin Miqrasiya İdarəsi tərəfindən 2006-cı ilin may ayından etibarən respublikamızın ərazisində müvafiq icazəsi və qeydiyyatı olmayan 1881 xarici ölkə vətəndaşı saxlanılıb, saxlanılanların yalnız biri Niderland vətəndaşı olub. Polis orqanları tərəfindən müvəqqəti olaraq qeydiyyat vəsiqələri ilə sənədləşdirilən şəxslərin isə 288 nəfəri Niderland Krallığının vətəndaşlarıdır və hazırda onların 62 nəfəri qeydiyyatdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR