Bank Of Baku

Ann Dersi: “Son illər Azərbaycanda uşaq ölümünün göstəricilərində daimi azalma müşahidə olunub”

Ann Dersi: “Son illər Azərbaycanda uşaq ölümünün göstəricilərində daimi azalma müşahidə olunub”
# 24 iyun 2008 16:09 (UTC +04:00)
Bakı - APA. Bu gün Dövlət Statistika Komitəsində 2006-cı ilin “Demoqrafiya və səhiyyə sorğu hesabatı”nın təqdimatı keçirilib. ABŞ səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hesabat USAİD və UNİCEF tərəfindən maliyyələşdirilib. Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi bildirib ki, demoqrafiya və sağlamlıq araşdırması USAİD tərəfindən həyata keçirilən qlobal səylərdən biridir. O, Azərbaycanda qadın və uşaqların sağlamlığına diqqətin nəzərəçarpacaq dərəcədə artdığını söyləyib: “2001-ci illə müqayisədə 2006-cı ildə uşaq ölümü halları 42 faiz azalıb. Bu isə Azərbaycan hökumətinin insan kapitalına sərmayə yatırmaq niyyətinin sübutudur”. E. Dersinin sözlərinə görə, ABŞ Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində əldə olunmuş nailiyyətlərin genişlənməsi üçün rəsmi Bakı ilə işləməyi davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR