BMT-nin baş katibi narkotiklərin istifadəsi və qanunsuz dövriyyəsinə qarşı mübarizə günü ilə bağlı müraciət yayıb
25 iyun 2008 08:30 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli APA. BMT-nin baş katibi Pan Gi Mun 26 iyun - narkotiklərin istifadəsi və qanunsuz dövriyyəsinə qarşı mübarizə günü ilə bağlı müraciət yayıb. BMT-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, dünyada narkotiklərə meylliliyi azaltmaq üçün görüləcək çox işlər var: “Zəif ədliyyə sistemi, məhdud hüquq-mühafizə imkanları olan dövlətlər cinayət, korrupsiya və qeyri-stabilliyə səbəb olan, Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsini təhlükə altında qoyan narkotiklərin qanunsuz dövriyyəsinin azaldılması üçün yardıma ehtiyac duyurlar”. Baş katib ölkələri narkotik asılılıqla mübarizə edən insanların tibbi və sosial xidmətlərdən istifadə etmək hüququnu tam təmin etməyə çağırıb: “Heç kim narkotik asılılığa görə nə rüsvay olmalı, nə də diskriminasiyaya məruz qalmalıdır”.
Sosial
Səfir: "Pakistan İsrail-Fələstin münaqişəsinin "iki dövlət" prinsipi əsasında həllini dəstəkləyir"
00:02
3 may 2024
Norveçli səyyahlar Ağdamda olublar - FOTO - YENİLƏNİB
18:18
2 may 2024
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun olub
17:53
2 may 2024
İkinci Dünya müharibəsi ilə bağlı Sərəncam 3 minə yaxşı şəxsi əhatə edəcək
16:29
2 may 2024