Bank Of Baku

Rasim Əkbərovun səhhəti kəskin pisləşib

Rasim Əkbərovun səhhəti kəskin pisləşib
# 25 iyun 2008 16:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Həbsdə olan sabiq hərbi hissə komandiri Rasim Əkbərovun səhhəti kəskin pisləşib. R. Əkbərovun qardaşı Rafael Əkbərovun APA-ya verdiyi məlumata görə, vəziyyəti ağırlaşan məhkum saxlandığı 1 saylı Cəzaçəkmə Müəssisəsinin tibb hissəsinə yerləşdirilib: “İki aydır ki, onun səhhəti ağırlaşıb, srağagün isə daxili qanaxma başlayıb. Rasim Əkbərov ötən gün bir litrdən artıq qan itirib və bundan sonra tibb hissəsinə yerləşdirilib. Bu gün ona lazım olan dərmanları apardıq. Səhiyyə Nazirliyinin həkimləri onu müayinə ediblər. Həkimlərin sözlərinə görə, böyrəyindəki daşlar Rasim Əkbərovun böyrəyini zədələyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR