Bank Of Baku

“Ot Kökləri və İnsan Təhlükəsizliyi” proqramı çərçivəsində daha 4 layihə müqaviləsi imzalanıb

“Ot Kökləri və İnsan Təhlükəsizliyi” proqramı çərçivəsində daha 4 layihə müqaviləsi imzalanıb
# 27 iyun 2008 09:54 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün Bakıda Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi” qrant proqramı çərçivəsində 4 layihə müqaviləsi imzalanıb. APA-nın məlumatına görə, 451,289 ABŞ dolları dəyərində olan bu layihələr Ağcabədinin Taxtakörpü kəndində Laçın məcburi köçkün məktəbinin tikintisini, Zaqatalanın Faldarlı kəndində ilkin təcili yardım məntəqəsinin tikintisini, Şəkinin Dərəcənnət kəndində məktəb tikintisi və İmişlinin Xalaflı kəndində ilkin təcili yardım məntəqəsinin tikintisini nəzərdə tutur. Yaponiya hökuməti tərəfindən müqavilələrə imza atan bu ölkənin Azərbaycandakı səfiri Masamitsu Oki bildirib ki, 1991-ci ildən Yaponiya Azərbaycana iqtisadi əməkdaşlıq vasitəsilə Azərbaycana 729,437,103 milyon ABŞ dolları həcmində yardım edib. Səfir hesab edir ki, bu vəsait hesabına həyata keçirilmiş layihələr Cənubi Qafqazda stabilliyin qorunmasına öz tövhəsini verir. O bildirib ki, “Ot Kökləri və İnsan Təhlükəsizliyi” proqramı çərçivəsində bu günə kimi Azərbaycanda 106 layihə həyata keçirilib, onlardan 57-si təhsil, 27-si səhiyyə sahələrinə aid olub. Səfirin sözlərinə görə, bu proqram Azərbaycanda o vaxta qədər həyata keçiriləcək ki, buna ehtiyac artıq qalmasın. Mərasimdə iştirak edən təhsil naziri Misir Mərdanov Yaponiya hökumətinə Azərbaycanın təhsil sisteminə ayırdığı diqqətə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu proqramdan əlavə Azərbaycanın təhsil işçiləri mütəmadi olaraq Yaponiyada treninqlər keçir, hazırda Tokioda keçirilən treninqlərdə iştirak etmək üçün bu ölkəyə iki mütəxəssis göndərilib. Nazir bildirib ki, QHT-lər tərəfindən reəlizə olunan bu layihələr məktəblərin bərpa və inşa olunması daha çox ehtiyac olan yerlərdə edilir. Səhiyyə nazirinin müavini Elsevər Ağayev Yaponiya hökumətinin Bakının bir neçə müalicə ocağına yüksək texnologiyalı tibb avadanlıqları hədiyyə etdiyini xatırladıb və bildirib ki, bu yaxınlarda təcili tibbi yardım sahəsinin inkişaf etdirilməsi üçün dəyəri 2 milyon dollar olan yeni bir layihə həyata keçiriləcək. Layihəni realizə edəcək təşkilatı müəyyən etmək üçün sentyabrda Yaponiyada xüsusi tender keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR