Bank Of Baku

İnsan alverində təqsirləndirilən iki azərbaycanlı qadın tutulub

İnsan alverində təqsirləndirilən iki azərbaycanlı qadın tutulub
# 27 iyun 2008 10:00 (UTC +04:00)
Bakı-APA. Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində insan alverində təqsirləndirilən iki qadın saxlanılıb. Bu barədə APA-ya DİN mətbuat xidmətindən bildirilib. Günay Məcidova bir qrup şəxslə cinayət əlaqəsinə girərək qadınları Rusiyaya, Gülxanım Fərzəliyeva isə bir qrup şəxslə cinayət əlaqəsinə girərək qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulublar. Hər iki fakt üzrə araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR