Bank Of Baku

Dəvəçidə inşa edilən yaradıcılıq evlərinin bu aya nəzərdə tutulan açılış mərasimi təxirə salınıb

Dəvəçidə inşa edilən yaradıcılıq evlərinin bu aya nəzərdə tutulan açılış mərasimi təxirə salınıb
# 27 iyun 2008 10:16 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan prezidentinin sərəncamına əsasən, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri üçün Dəvəçi rayonunu ərazisində inşa edilən yaradıcılıq evlərinin tikintisi hələ başa çatmayıb. AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu APA-ya ərazidə tikinti işlərinin davam etdiyini bildirib: “Üzürlü səbəbdən açılışın iyun ayında gerçəkləşməsi baş tutmayıb. Yaradıcılıq evlərinin yaxın vaxtlarda hazır olacağına ümid edirik” . Qeyd edək ki, yaradıcılığın stimullaşdırılması üçün nəzərdə tutulan və ötən ildən tikintisi başlayan yaradıcılıq evlərində hər dəfə təxminən yüz nəfərin istirahəti nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR