Bank Of Baku

Orta ixtisas məktəblərinə III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri iyulun 3-də açıqlanacaq

Orta ixtisas məktəblərinə III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri iyulun 3-də açıqlanacaq
# 27 iyun 2008 10:21 (UTC +04:00)
APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə bildirib ki, bu il III ixtisas qrupu üzrə 8665 plan yeri ayrılıb. III qrup üzrə sənəd verən 40552 abituriyentin 36783 nəfəri Azərbaycan, 3769 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 10714 nəfəri oğlan, 25838 nəfəri qızdır, 2343 nəfər orta məktəblərin builki, 17119 nəfər əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 227 abituriyent xarici ölkənin vətəndaşıdır. Ən yaşlı abituriyent 1952-ci, ən gənc abituriyent isə 1993-cü ildə anadan olub. M. Abbaszadə bildirib ki, qəbul imtahanları Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində keçiriləcək. İmtahanın keçirilməsi üçün Bakıda 57, Sumqayıtda 7, Naxçıvan şəhərində 3 bina ayrılıb. Bakıda 33973, Naxçıvanda 2041, Sumqayıtda 4538 abituriyent imtahan verəcək. Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən 2652 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 243 imtahan rəhbəri cəlb edilib. M. Abbaszadənin sözlərinə görə, iyunun 30-da abituriyentlərin imtahan nəticələri yoxlanılmağa başlanacaq. İyulun 3-də isə artıq abituriyentlərin imtahanda topladıqları ballar barədə məlumatlar TQDK-nın internet saytında yerləşdiriləcək. İyulun 25-dən avqustun 5-dək isə abituriyentlər topladıqları ballara əsasən “Abituriyent” jurnalının 3-cü sayında dərc edilmiş ali məktəb ixtisaslarını elektron ərizələrinə əlavə edə bilərlər. Orta ixtisas məktəblərinin ixtisaslarının siyahısı isə yaxın günlərdə dərc ediləcək. Abituriyentlər ərizələrində dövlət və qeyri-dövlət ali məktəblərinin eyni ixtisas qrupuna aid təhsil forması ödənişsiz və ödənişli olan 8-ə qədər ixtisas kodunu qeyd edə bilərlər. Abituriyent müsabiqədən keçərsə, ərizəsində göstərdiyi ixtisasların birincisinə yerləşdiriləcək. M. Abbaszadə bu ilki keçid ballarının ötən ildəkindən fərqlənəcəyini və yenidən formalaşacağını da nəzərə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR