Bank Of Baku

Penitensiar Xidmət Qobustan həbsxanasında məhkumun intihar faktını təsdiqləyib

Penitensiar Xidmət Qobustan həbsxanasında məhkumun intihar faktını təsdiqləyib
# 27 iyun 2008 14:02 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Qobustan həbsxanasında cəza çəkən ömürlük məhbus Ədalət Qulamovun iyunun 22-də özünü asaraq öldürməsi faktını təsdiqləyib. Penitensiar Xidmətini ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, fakt üzrə ərazi prokurorluğunda cinayət işi başlanmaqla yanaşı, Penitensiar Xidmət tərəfindən də xidməti təhqiqat aparılır: “Həm intiharın səbəbləri, həm də xidmət əməkdaşlarının bu və ya digər formada nöqsanı ilə bağlı araşdırmalar aparılır”. Şöbədən bildirilib ki, ömürlük azadlıqdan məhrum edilən Ədalət Qulamov və onun kamera yoldaşı Çingiz Məmmədov həbsxanadan qaçmaq məqsədi ilə 1,80 metr dərinliyində, 4,5 metr uzunluğunda tunel qazıblar. Qobustan həbsxanasının rəisi Kazım Abdullayev APA-ya məsələ ilə bağlı münasibət bildirməkdən imtina edib.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 29, 304.1-ci (cəza çəkən və ya ibtidai həbsdə olan şəxsin azadlıqdan məhrum etmə yerlərindən, həbsdən və ya mühafizə altından qaçma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb.
Onun da qeyd edək ki, bu, Qobustan həbsxanasında iyun ayında baş verən ikinci intihar hadisəsidir. İyunun 3-də həbsxanada saxlanılan ömürlük məhbus Kərimov Zeynal Hacıağa oğlu da özünü mələfədən hazırladığı iplə asaraq intihar edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR