Bank Of Baku

Azad Rəhimov Bolqarıstanın Gənclər və İdman Dövlət Agentliyinin nümayəndə heyətini qəbul edib

Azad Rəhimov Bolqarıstanın Gənclər və İdman Dövlət Agentliyinin nümayəndə heyətini qəbul edib
# 27 iyun 2008 14:10 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün gənclər və idman naziri Azad Rəhimov Bolqarıstanın Gənclər və İdman Dövlət Agentliyinin nümayəndə heyətini qəbul edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətində Bolqarıstan Gənclər və İdman Dövlət Agentliyinin sədr müavini Mixail Balabanov, “Avropa Gənclər Proqramları və Təşəbbüsləri” Milli Mərkəzinin direktoru İvan Modev, Olimpiya Hərəkatının üzvü İvelina Xristova, Liberal Gənclər Assambleyasının İcraiyyə Komitəsinin üzvü Georgi Balçev təmsil olunublar. Görüşdə iki ölkənin gəncləri və idmançıları arasındakı əməkdaşlıqdan danışılıb, təhsil sahəsində də geniş əlaqələrin yaradılmasının zəruriliyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR