Bank Of Baku

Ombudsmanın əməkdaşları polis bölmələrinə baxış keçiriblər

Ombudsmanın əməkdaşları polis bölmələrinə baxış keçiriblər
# 27 iyun 2008 14:24 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Qaradağ rayon Polis İdarəsinin (RPİ) 10 və 38-ci, Binəqədi RPİ-nin 4 və 40-cı, Yasamal RPİ-nin 29-cu, Suraxanı RPİ-nin 31 və 33-cü, Xətai RPİ-nin 37-ci, Sabunçu RPİ-nin 14 və 15-ci, Əzizbəyov RPİ-nin 2-ci, Sumqayıt Şəhər Polis İdarəsinin 1, 2, 3 və 4-cü polis bölmələrinin növbətçi hissələri yanında saxlama yerlərinə, həmçinin Xətai RPİ və Abşeron rayon Polis Şöbəsinin MST-lərinə baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvəkkilin nümayəndələri saxlanılan şəxslərin qeydiyyatı kitabları, həmçinin saxlanılmanın qanuniliyinə dair müvafiq sənədlərlə tanış olublar. Baxış zamanı Abşeron RPŞ-də vətəndaşların saxlanması ilə əlaqədar bəzi qanunsuzluqlar aşkarlanıb. Ombudsman bu məsələnin araşdırılması və tədbir görülməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR