Bank Of Baku

Ətraf mühitin çirklənməsində nəqliyyat vasitələrinin rolu 60 faizdən çoxdur

Ətraf mühitin çirklənməsində nəqliyyat vasitələrinin rolu 60 faizdən çoxdur
# 30 iyun 2008 10:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bu gün Azərbaycan Ekologiya Standartlarının Monitorinqi Fondu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ilə birlikdə Bakı şəhərində nəqliyyat vasitələrinin havanı çirkləndirməsi ilə əlaqədar aparılmış monitorinqin nəticələrinin təhlilinə həsr olunan dəyirmi masa keçirib. APA-nın məlumatına görə, fondun prezidenti Rauf Sultanov bildirib ki, ətraf mühitin çirklənməsində nəqliyyat vasitələrinin rolu 60 faizdən çoxdur: “Mayın 14-dən iyunun 4-nə qədər aparılmış monitorinq nəticəsində bəlli olub ki, köhnə və nasaz maşınlar ekologiyanın çirklənməsində daha çox rol oynayır”. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqədar şöbəsinin rəisi Vaqif Əsədov isə deyib ki, təmsil etdiyi qurum avtomobillərin texniki problemlərinin həlli istiqamətində zəruri tədbirlər görür. Onun sözlərinə görə, hər il paytaxtda və ölkə ərazisində avtomobillər texniki müayinəyə cəlb olunur. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri Qasım Qasımov ölkədə istehsal olunan avtomobil yanacaqlarının keyfiyyətinin beynəlxalq standartlara cavab vermədiyini söyləyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Şövkət Bəkirov isə problemin həlli üçün bu istiqamətdə maarifləndirmə işləri aparılmasının zəruriliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR