Bank Of Baku

Müstəqil ekspertlər III ixtisas qrupu üzrə keçirilmiş imtahanın test tapşırıqlarında səhv tapmayıblar

Müstəqil ekspertlər III ixtisas qrupu üzrə keçirilmiş imtahanın test tapşırıqlarında səhv tapmayıblar
# 30 iyun 2008 12:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali məktəblərin III ixtisas qrupu üzrə keçirilən imtahanda istifadə edilmiş test tapşırıqlarının ekspertizası keçirilib. Komissiyanın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hikmət Kazımov APA-ya bildirib ki, müstəqil ekspertlər tərəfindən aparılmış ekspertizanın nəticələri müsbət qiymətləndirilib və bütün test tapşırıqlarının proqrama uyğun tərtib edildiyi, səhvin olmadığı müəyyənləşdirilib. H. Kazımovun sözlərinə görə, TQDK artıq imtahanın nəticələrinin yoxlanılmasına başlayıb. Abituriyentlər imtahanda topladıqları ballar barədə iyulun 3-də TQDK-nın saytından məlumat əldə edə bilərlər. Şöbə müdiri III qrup üzrə test imtahanının gedişi ilə bağlı TQDK-ya şikayət daxil olmadığını da söyləyib. O əlavə edib ki, yalnız bir necə nəfər imtahana gecikdiyi və iştirak edə bilmədiyi üçün təkrar imtahanın keçirilməsi xahişi ilə TQDK-ya müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR