Bank Of Baku

Naftalan və Bərdə şəhərlərində ictimai dinləmələr keçirilib

Naftalan və Bərdə şəhərlərində ictimai dinləmələr keçirilib
# 06 avqust 2008 03:09 (UTC +04:00)
Bakı – APA. Naftalan şəhərində İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) ilə bağlı ictimai dinləmələr keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova MFP-nin təsdiq edilməsindən sonra bu sahədə xeyli işin görüldüyünü, bütün rayonlarda sənədin tətbiqi ilə bağlı ictimai dinləmələrin keçiriləcəyini söyləyib. Ombudsman Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi tədbirlər planı və təlimatlar haqqında məlumat verib, seçkilərin azad, demokratik və şəffaf keçirilməsinin vacibliyini vurğulayıb, dairə seçki komissiyalarının, icra hakimiyyəti orqanlarının, polisin üzərinə düşən vəzifələr barədə danışıb. Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Musa Musayev şəhərdə, əsasən Xocalıdan olan 3 min məcburi köçkünün məskunlaşdığını, onların problemləri ilə maraqlandıqlarını deyib. MFP ilə bağlı növbəti ictimai dinləmə Bərdədə təşkil olunub. Ombudsman tədbirdə çıxış edərək bu il ölkədə prezident seçkisinin keçiriləcəyini xatırladıb, müvafiq tövsiyələr verib. E. Süleymanova KİV-lərin inkişafına Dövlət Dəstəyi Konsepsiyası haqqında da danışıb. Ombudsman dinləmələrdən sonra hər iki rayonun Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR