Bank Of Baku

Naxçıvan Dövlət Universiteti ərazisində yaşayan 19 müəllim ailəsi yeni mənzillə təmin olunub

Naxçıvan Dövlət Universiteti ərazisində yaşayan 19 müəllim ailəsi yeni mənzillə təmin olunub
# 06 avqust 2008 10:57 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. Naxçıvan Dövlət Universitetinin (NDU) ərazisində yaşayan 19 müəllim ailəsi yeni mənzillə təmin olunub. APA-nın məlumata görə, həmin ailələr Naxçıvan şəhər, III mikrorayon ərazisində yeni inşa olunan 4 mərtəbəli, 24 mənzilli binaya köçürülüblər. Köçürülmə ailələrinin razılığı ilə baş tutub, ailələr say tərkibi nəzərə alınmaqla 2 və ya 3 otaqlı mənzillə təmin ediliblər. Bu gün 24 mənzilli yaşayış binasının istifadəyə verilməsi ilə bağlı mərasim keçirilib. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mənzillərin açarlarını sahiblərinə təqdim edib. Binadakı 5 mənzil isə şəhid və Qarabağ müharibəsi əlillərinin ailələrinə verilib.
Qeyd edək ki, ailələrin NDU-nun ərazidən köçürülməsi ali məktəb tərkibində yeni yaradılacaq beynəlxalq münasibətlər, mövcud xarici dillər fakültələri üçün yeni korpus binasının tikintisinin nəzərdə tutulması ilə izah edilir. Hazırda universitet şəhərciyi ərazisində 30 müəllim ailəsi qeydiyyatdadır. Növbəti mərhələdə digər 11 ailə yeni mənzillə təmin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR