Bank Of Baku

Azərbaycan ali məktəblərinə tələbə qəbulunun nəticələri açıqlanıb

Azərbaycan ali məktəblərinə tələbə qəbulunun nəticələri açıqlanıb
# 06 avqust 2008 13:51 (UTC +04:00)
Abituriyentlər qəbul olub-olmamaları barədə məlumatı, həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə bilərlər. Bunun üçün abituriyentlər iş nömrələrini 7727 nömrəsinə göndərməlidirlər.
Qeyd edək ki, bu il 28132 dövlət plan yerinə 26571 abituriyent qəbul olub. Qəbul planı 94,5 % dolub. Ali məktəblərə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 7-də «Abituriyent» jurnalının 5-ci sayında dərc olunacaq.
Ali məktəblərə qəbul olanlar avqustun 11-dən 21-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməli, TQDK tərəfindən ali məktəblərə təqdim olunmuş “qəbul olanların siyahısı”nda imza etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək. Bu halda onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR