Bank Of Baku

Fransa ali məktəblərində dövlət xətti ilə təhsil alacaq azərbaycanlı gənclər yaxın günlərdə müəyyənləşəcək

Fransa ali məktəblərində dövlət xətti ilə təhsil alacaq azərbaycanlı gənclər yaxın günlərdə müəyyənləşəcək
# 06 avqust 2008 15:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin Fransa ali məktəblərində təhsil alması üçün sənəd qəbulu başa çatıb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, yaxın günlərdə sənəd təqdim edən 40-dan artıq gənc üçün müsahibə keçiriləcək. Yaxın günlərdə isə ABŞ-ın Fulbrayt Proqramı ilə əməkdaşlıq çərçivəsində bu ölkənin ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul üçün elan veriləcək. Dövlət Proqramı çərçivəsində artıq martda Koreyaya təhsil almaq üçün 5, iyunda isə Almaniyaya 12 tələbə göndərilib. Həmin tələbələr müsahibə əsasında seçiliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR