Bank Of Baku

Azərbaycanın təhsil müəssisələrində “Elektron məktəb” pilot layihələri həyata keçiriləcək

Azərbaycanın təhsil müəssisələrində “Elektron məktəb” pilot layihələri həyata keçiriləcək
# 06 avqust 2008 15:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” əsasında bu il Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda yerləşən 200-dək təhsil müəssisəsinin intranet xidmətləri və internet şəbəkəsinə çıxışla təmin ediləcək. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu il İnformasiya-Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə Məlumat və Resurs Mərkəzinin yaradılması ilə bağlı da iş aparılacaq. Mərkəz şəbəkə idarəedilməsi, kompüter şəbəkələrinin təhlükəsizliyi, intranet xidmətlərinin işlənilməsi və tətbiq olunması, yeni texnologiyalar sahəsində araşdırmaların aparılması və müvafiq treninqlərin təşkili üzrə fəaliyyət göstərəcək.
Bununla yanaşı, ölkənin ən qabaqcıl təhsil müəssisələrində “Elektron məktəb” tipli pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bu layihələrin əsas məqsədi “Bir müəllim bir kompüter-Bir şagird bir kompüter” prinsipinə nail olmaqdır. Sadalanan tədbirlərin 2009-cu ildən ölkənin digər şəhər və kənd bölgələrində yerləşən təhsil müəssisələrində tətbiqi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR