Bank Of Baku

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan ediləcək

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan ediləcək
# 07 avqust 2008 09:37 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Respublikası Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya avqust-sentyabr aylarında dövlət orqanlarında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan edəcək. Komissiyadan APA-ya verilən məlumata görə, indiyədək 24 dövlət orqanı mövcud olan vakant dövlət qulluğu vəzifələrinin müsabiqəyə, 3 dövlət orqanı isə müsahibəyə çıxarılması üçün Komissiyaya təqdim edib. Vakant dövlət qulluğu vəzifələrini müsabiqəyə təqdim edən dövlət orqanları Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Müəllif Hüquqları Agentliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Dəniz Administrasiyası, Dövlət Mülki Aviasiya Administrasiyası, Milli Arxiv İdarəsi, Tarif (Qiymət) Şurasının Katibliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyidir.
Vakant dövlət qulluğu vəzifələrini müsahibəyə təqdim edən dövlət orqanları isə Təhsil Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Vakant dövlət qulluğu vəzifələrinə dair tam ətraflı məlumat müsabiqə və müsahibə barədə mətbuatda elan verilən gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az və www.csc.gov.az) veriləcək.
Qeyd edək ki, müsabiqə və müsahibədə başqa dövlət orqanlarının da iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR