Bank Of Baku

BMT-nin baş katibi Beynəlxalq Yerli Əhali Günü ilə bağlı dünya ölkələrinə müraciət edib

BMT-nin baş katibi Beynəlxalq Yerli Əhali Günü ilə bağlı dünya ölkələrinə müraciət edib
# 07 avqust 2008 10:39 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. BMT-nin baş katibi Pan Ki Mun 9 avqust - Beynəlxalq Yerli Əhali Günü ilə bağlı dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə qeyd edilir ki, həmin gün 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunub. Bu günün elan olunmasında əsas məqsəd yerli əhaliyə qarşı ayrı-seçkiliyə, hədsiz yoxsulluğa, onların ənənəvi torpaqlarının zorla əllərindən alınmasına və üzləşdikləri digər ağır təhqirlərə son qoyulmasında BMT-nin mühüm rolunu təsdiqləməkdir: “Mən üzv dövlətləri və yerli əhalini qarşılıqlı hörmət əsasında birləşməyə və bununla bağlı qəbul edilən Bəyannamənin bütün dünyada müsbət, real təsirə malik olan işlək sənədə çevirməkdə birgə səy göstərməyə çağırıram. 2008-ci il Beynəlxalq Dillər İli olduğu üçün bu beynəlxalq gün dünyanın bir çox dillərinin, xüsusilə də dünya dillərinin məruz qaldığı gizli böhranı nəzərə çatdırmaq üçün növbəti imkandır. Bu dillərin itirilməsi təkcə dünyanın mədəni müxtəlifliyini deyil, həm də bəşər övladı kimi bizim biliyimizin zənginliyini də zəiflədəcək. Mən dövlətləri, yerli əhaliləri, BMT sistemini və bütün əlaqədar tərəfləri təhlükə ilə üzləşən dilləri qorumaq və onları inkişaf etdirmək, o cümlədən, bu müştərək irsin gələcək nəsillərə sağlam şəkildə ötürülməsini təmin etmək üçün təcili addımlar atmağa çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR