Bank Of Baku

Azərbaycanda məhkəmələrə yeni təyin olunmuş 102 hakim and içib

Azərbaycanda məhkəmələrə yeni təyin olunmuş 102 hakim and içib
# 07 avqust 2008 16:17 (UTC +04:00)
Bakı. Hacı Zeynalov – APA. Bu gün Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu keçirilib. APA-nın məlumatına görə, Plenumda respublika məhkəmələrinə yeni təyin olunmuş 102 hakim and içib. Plenuma sədrlik edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, ölkədə məhkəmə-hüquq islahatları çərçivəsində yeni hakimlər korpusunun yaradılması sahəsində hüquqi-təşkilati tədbirlər həyata keçirilir. Hakim ştatlarının sayı 50 faiz artırılıb, bununla əlaqədar, hakimliyə namizədlərin seçilməsi prosesi aparılıb. İmtahanlarda müvəffəqiyyət qazanan 102 hakimliyə namizəd yarım illik tədris kursunu, məhkəmələrdə staj keçməni və digər mərhələləri uğurla başa vurub. Həmin şəxslər birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunublar. Plenum iclasında Ali Məhkəmənin məhkəmə kollegiyaları tərkiblərinin yenidən təşkil edilməsinə də baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR