Bank Of Baku

Azərbaycan ədliyyə naziri yeni təyin olunmuş 102 hakimlə görüşüb

Azərbaycan ədliyyə naziri yeni təyin olunmuş 102 hakimlə görüşüb
# 08 avqust 2008 08:14 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov yeni təyin olunmuş 102 hakimlə görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir vəzifələrinin icrasına başlayın hakimləri təbrik edib. Tədbirdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən tədbirlər, o cümlədən hakimlərin iş həcminin azaldılması, işlərə daha keyfiyyətli baxılması və süründürməçilik hallarının qarşısının alınması məqsədilə hakim ştatlarının yarıyadək artırılması vurğulanıb. Sonra hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyimi olan mantiya və metodiki vəsaitlər təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR