Bank Of Baku

“Qarasu Oil” şirkətində təhlükəsizlik xidməti göstərən “Titan” firmasında kütləvi ixtisarlar olub

“Qarasu Oil” şirkətində təhlükəsizlik xidməti göstərən “Titan” firmasında kütləvi ixtisarlar olub
# 08 avqust 2008 08:18 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynalov - APA. “Qarasu Oil” Əməliyyat Şirkətində təhlükəsizlik xidməti həyata keçirən “Titan” müəssisəsində işçilər arasında kütləvi ixtisarlar edilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna ixtisar olunan işçilər özləri məlumat veriblər. Onların sözlərinə görə, mühafizə xidməti göstərən 38 nəfər heç bir səbəb göstərilmədən işdən çıxarılıb. İxtisar edilən mühafizəçilər bildirir ki, onların ixtisarı kobud qanun pozuntusu ilə aparılıb. Belə ki, qanunvericiliyə görə onlara ixtisar barədə xəbərdarlıq edilməli olsa da, müəssisə rəhbərliyi bunu etməyib.
“Titan” firmasının xidmət rəisi İlqar Quluzadə isə məsələyə münasibət bildirməkdən imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR