Bank Of Baku

Azərbaycanın Quba rayonunda aşkarlanan kütləvi məzarlıqdakı arxeoloji qazıntılar bu ay başa çatacaq

Azərbaycanın Quba rayonunda aşkarlanan kütləvi məzarlıqdakı arxeoloji qazıntılar bu ay başa çatacaq
# 08 avqust 2008 08:22 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Qubada aşkarlanan kütləvi məzarlıqda aparılan arxeoloji qazıntılar avqustun sonunda yekunlaşacaq. Bu barədə APA-ya ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev məlumat verib. O, arxeoloji qazıntıların hazırda quyuda aparıldığını bildirib: “Hazırda quyunun yuxarı hissəsini torpaqdan təmizləyirik. Tədqiqat nəticəsində çoxlu insan sümüyü, əsasən də kəllələr üzə çıxarılıb. Həmin kəllə və sümüklərin əksəriyyəti qadın və uşaqlara aiddir. Arxlardan tapılan kəllələrin sayı 203-dür. Quyudan üzə çıxarılan kəllələrin sayı isə tədqiqatın sonunda müəyyənləşəcək və açıqlanacaq”.
Tədqiqatdan sonra ərazinin Quba rayon İcra Hakimiyyətinə təhvil veriləcəyini deyən Q. Ağayev burada əsaslı təmir aparılacağını söyləyib: “Təmirdən sonra məzarlıqda şüşə muzey yaradılacaq. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım qurbanlarının sümükləri bu şüşə muzeydə nümayiş olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR