Bank Of Baku

Şahbaz Xələfov: “Böyük tikinti və iaşə obyektlərində işçilərin çoxu əmək fəaliyyəti ilə qeyri-rəsmi məşğul olur”

Şahbaz Xələfov: “Böyük tikinti və iaşə obyektlərində işçilərin çoxu əmək fəaliyyəti ilə qeyri-rəsmi məşğul olur”
# 08 avqust 2008 10:07 (UTC +04:00)
İsmayıllı-İlhamə İsabalayeva - APA. İsmayıllıda rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSM) birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Azərbaycanda sosial müdafiə sistemləri” mövzusunda treninq seminar keçirilir. APA-nın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərov deyib ki, tədbirin əsas məqsədi media nümayəndələrinə ƏƏSM-nin qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət dairəsi, vəzifələri haqqında məlumat verməkdir. Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov Azərbaycanda yoxsulluq səviyyəsinin 15 faizə endiyini deyib. O, hazırda Azərbaycanda gizli məşğulluq probleminin aradan qaldırılması istiqamətində iş aparıldığını diqqətə çatdırıb: “Böyük tikinti və iaşə obyektlərində işləyənlərin çoxu əmək fəaliyyəti ilə qeyri-rəsmi məşğul olur. Onların heç birinin əmək müqaviləsi yoxdur. Son dövrlərdə Əmək Müfəttişliyinin apardığı reydlər nəticəsində işsizliyin səviyyəsini müəyyənləşdirmək asanlaşıb”. Rəis müavini deyib ki, Azərbaycan 2008-ci ilin sonu 2009-cu ilin əvvəlində 2008-ci ilin sonu 2009-cu ilin əvvəlində Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmağa hazırlanır: “ ÜTT-yə üzvlükdən sonra yerli əmək bazarlarında bəzi çətinliklər yarana bilər. Nəzərdə tutulur ki, bu quruma üzv olandan sonra Azərbaycanda əcnəbi vətəndaş iş yeri açsa o, ilk növbədə yerli işçini işlə təmin etməlidir. Azərbaycanın yerli məşğulluq orqanları əcnəbi vətəndaşı üç ay ərzində işçi ilə təmin etməsə, xaricdən işçi qüvvəsi gətirilə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR