Bank Of Baku

Bu ilin altı ayında Azərbaycanda 2337 nəfərə işsiz statusu verilib

Bu ilin altı ayında Azərbaycanda 2337 nəfərə işsiz statusu verilib
# 08 avqust 2008 10:24 (UTC +04:00)
İsmayıllı. İlhamə İsabalayeva - APA. “Hazırda Azərbaycanda iqtisadi fəal əhalinin 6,6- 6,7 faizi işsizdir”. APA-nın məlumatına görə, bunu Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov deyib. Rəis müavini bildirib ki, hesablamalar nəticəsində 4 milyondan çox iqtisadi fəal əhalinin 287 min nəfərinin işsiz olduğu müəyyənləşib: “Bu ilin altı ayında Azərbaycanda 2337 nəfərə işsiz statusu verilib, 2699 nəfər işsizlik müavinəti alıb, müvafiq orqanlara işsizliklə bağlı 20865 müraciət daxil olub. Onlardan 12955-i işə düzəlib”.
Ş. Xələfov deyib ki, yaxın vaxtlarda Tovuz rayonunda da əmək birjasının açılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR