Bank Of Baku

Bu il Azərbaycanda ailə məktəblərə qəbul planı 94.5 faiz yerinə yetirilib

Bu il Azərbaycanda ailə məktəblərə qəbul planı 94.5 faiz yerinə yetirilib
# 08 avqust 2008 11:52 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2008-2009-cu tədris ili üçün ali məktəblərə yerləşdirmənin nəticələrinə həsr olunan mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Abbaszadə bu il ayrılmış 28132 plan yerinə 26571 abituriyentin qəbul olunduğunu, qəbul planının 94.5 faiz yerinə yetirildiyini deyib. TQDK sədri deyib ki, ali məktəblərə qəbul olunanlar sənədlərini avqustun 11-dən 20-dək təhsil müəssisələrinə təqdim etməlidirlər: “Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək”.
M. Abbaszadə ali məktəblərə boş qalan plan yerlərinin ümumi sayının 1562 olduğunu bildirib. Onun sözlərinə görə, boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının 6-cı sayında dərc olunub: “Həmin yerlərə ixtisas seçimi avqustun 10-dan 15-dək internet vasitəsi ilə aparılır. Abituriyentlər elektron ərizədə ali məktəblərin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR