Bank Of Baku

İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təbliği və tətbiqi ilə bağlı keçirilən ictimai dinləmələri davam edir

İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təbliği və tətbiqi ilə bağlı keçirilən ictimai dinləmələri davam edir
# 08 avqust 2008 22:18 (UTC +04:00)
Bakı – APA. Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin araşdırılması məqsədilə ölkənin bütün rayonlarını əhatə edən ictimai dinləmələri davam etdirir. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, növbəti ictimai dinləmə Ağcabədidə təşkil olunub. E. Süleymanova artıq seçki kampaniyasına start verildiyini qeyd edib, MSK-nın müvafiq təlimatları barədə məlumat verib. Ağdamın Quzanlı kəndində keçirilən ictimai dinləmə zamanı çıxış edən Müvəkkil insan hüquqlarının, o cümlədən qaçqın və məcburi köçkünlərin, qadın və uşaqların hüquqlarının müdafiəsinin vacibliyini vurğulayıb, maarifləndirmə işinin genişləndirilməsinin, MFP-nin həyata keçirilməsində dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların, QHT və yerli icmaların böyük rolu olduğunu bildirib. İctimai dinləmələr Füzulidə, İmişlidə və Tərtərdə də davam etdirilib.
E. Süleymanova rayon Polis Şöbələrinin müvəqqəti saxlama təcridxanalarına da baxış keçirib, saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR