Bank Of Baku

Naxçıvanda əmək yarmarkası keçirilib

Naxçıvanda əmək yarmarkası keçirilib
# 09 avqust 2008 00:17 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. Naxçıvan şəhərində əmək yarmarkası keçirilib. Naxçıvan MR Məşğulluq İdarəsinin rəisi Sevindik Vəliyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, yarmarkaya 60 müəssisə və təşkilatdan 551 boş iş yeri çıxarılıb. Təqdim olunan vakant yerlərin 31-i dövlət, 29-u özəl müəssisəyə aid olub. Bu iş yerləri müxtəlif sahələri əhatə edib. Təklif olunan işlər üçün məvaciblər 60-375 manat arasındadır. Yarmarkada bu gün 43 nəfər daimi iş üçün göndəriş alıb, 3 nəfər isə kvota yerinə göndərilib. Növbəti günlərdə işlə təmin olunanların sayının artacağı istisna edilmir. MR-da keçirilən əmək yarmarkalarında 201 nəfər daimi işlə təmin olunub.
Qeyd edək ki, yanvar-iyun aylarında MR-in məşğulluq mərkəzlərində 1554 nəfər işsiz vətəndaş qeydiyyata alınıb. Bu müddət ərzində 1081 nəfər istehsalatın müxtəlif sahələri üzrə, 131 nəfər ictimai işlərdə əmək fəaliyyəti ilə təmin edilib, 64 nəfər peşə hazırlığı kursu keçib, 69 nəfər isə kvota yerinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR