Bank Of Baku

Regionlarda uşaq hüquqları üzrə məsləhətləşmələr aparılır

Regionlarda uşaq hüquqları üzrə məsləhətləşmələr aparılır
# 08 avqust 2008 20:12 (UTC +04:00)
Bakı – APA. İnsan Hüquqları üzrə Müvəkkil və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə illik iş planına əsasən, “Uşaqlar üçün Yararlı Dünya+5” Bəyannaməsinin həyata keçirilməsi üzrə regional məsləhətləşmələr Şəki şəhərində davam etdirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparatın beynəlxalq əlaqələr sektorunun rəhbəri Zaur Zamanov BMT-nin Uşaq Hüquqları Konvensiyası barədə danışıb. Tədbirdə təhsil, səhiyyə, uşaq əməyi, uşaqlara qarşı zorakılıq, asudə vaxt, maarifləndirmə və informasiya təhlükəsizliyi, əlilliyi olan uşaqlar və sosial təminat mövzuları üzrə işçi qruplarda iş aparılaraq, regionda uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud problemlər müzakirə edilib, tövsiyələr işlənib hazırlanıb.
Qeyd edək ki, daha əvvəl Lənkəran və Cəlilabad şəhərlərində regional məsləhətləşmələr keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR