Bank Of Baku

08.08.2008 - Bu gün 200-300 ildən bir təkrarlanan hadisə baş verib

08.08.2008 - Bu gün 200-300 ildən bir təkrarlanan hadisə baş verib
# 08 avqust 2008 15:14 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Bu gün - 08.08.2008 tarixində Ay Əqrəb bürcündədir. Əqrəb də bürclərin arasında 8-ci yerdə dayanır. 8 rəqəminin üst-üstə düşməsinin insanın həyatına, taleyinə heç bir təsiri yoxdur, çünki bu şərti düzülüşdür, amma cənnətin 8 qapısı var, hər adamın əlinin içində 8 rəqəmi, yəni 81 və 18 rəqəmləri əks edilib”. Bu sözləri APA-ya açıqlamasında astroloq Firudin Qurbansoy deyib. O, belə hadisələrin 200-300 ildən bir təkrarlandığını bildirib: “Səkkizlər 2088, 2888-ci illərdə yenidən üst-üstə düşür. Eyni qayda ilə digər rəqəmlər də təkrarlanır. Amma numerologiyaya görə, 8 rəqəmi kamilliyə yaxın rəqəmdir. Kamil rəqəm 9-dur. Bu mənada mühüm önəm daşıyan 8 rəqəmi iki 4 deməkdir. 4 isə tam gücü olan simvoldur, məsələn kvadratın dörd tərəfi var”. Adətən, belə günlərdə əhəmiyyətli, tarixi hadisələrin başlandığını deyən astroloq Pekin olimpiadasına da məhz bu gün avqustun 8-də Çin vaxtı ilə 8-ə 8 dəqiqə 8 saniyə qalmış start verildiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR