Bank Of Baku

Azərbaycanla Gürcüstan arasında nəqliyyat əlaqələrində problem yaranmayıb

Azərbaycanla Gürcüstan arasında nəqliyyat əlaqələrində problem yaranmayıb
# 08 avqust 2008 16:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Rusiya hərbi aviasiyasının Gürcüstanın müxtəlif rayonlarına zərbələr endirməsinə baxmayaraq, Azərbaycanla Gürcüstan arasında nəqliyyat əlaqələri əvvəlki qaydada davam edir. Bu barədə “APA-Economics”ə Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, ölkələr arasında gediş-gəliş və nəqliyyatın hərəkətində hansısa məhdudiyyət yaranmayıb.

“Azərbaycan Hava Yolları” QSC-dən isə Bakıdan Tiflisə və əks istiqamətdə təyyarə reyslərinin gün ərzində davam etdirildiyini deyiblər. Bombardmanla əlaqədar Gürcüstana təyyarə reysləri dayandırılmayıb.

Azərbaycan Dövlət Dəmir Yolu da bu gün Gürcüstana sərnişin və yük qatarlarının hərəkətində heç bir problemin yaranmadığını və qatarların qrafik üzrə hərəkət etdiyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR