Bank Of Baku

Tovuzda neolit və eneolit dövrünə aid qədim yaşayış yerində arxeoloji qazıntılar başlayıb

Tovuzda neolit və eneolit dövrünə aid qədim yaşayış yerində arxeoloji qazıntılar başlayıb
# 09 avqust 2008 12:08 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Tovuz rayonunun Aşağı Quşçu kəndində neolit və eneolit dövrünə aid qədim yaşayış yerində arxeoloji qazıntılar başlayıb. Bu barədə APA-ya ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Fərhad Quliyev məlumat verib.

O, abidənin təxminən bizim eradan əvvəl VI əsrin II yarısına aid olduğunu bildirib: “Yaşayış yerində arxeoloji qazıntılar artıq başlayıb. Bu ayın axırında Yaponiyadan və Fransadan gələn mütəxəssislər də yeni texnologiya ilə bizə kömək edəcəklər. Yaşayış yeri 2 hektar ərazini əhatə edən 8 metr hündürlüyündə, 145 metr diametri olan təpədir. Abidənin neolit və eneolit dövrünə aid zəngin memarlığı var. Belə qədim yaşayış yerləri Azərbaycanda demək olar ki, qazılmayıb. Standartlara uyğun aparılan tədqiqat nəticəsində tikilinin qorunub saxlanmasına çalışacağıq”.

Ərazidə tədqiqatların 3-4 il davam edəcəyini bildirən F. Quliyev xarici mütəxəssislərlə birgə gələn il irimiqyaslı arxeoloji qazıntıların aparılacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR