Bank Of Baku

Bu həftə ərzində Azərbaycan ərazisində temperatur yüksələcək

Bu həftə ərzində Azərbaycan ərazisində temperatur yüksələcək
# 11 avqust 2008 09:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan ərazisində ötən günlər ərzində müşahidə edilən temperatur rejimi iqlim normasından 3 dərəcə aşağı olub. Həmin günlərdə paytaxtda 28 dərəcə temperatur qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, ötən günlərə nisbətən bu həftə ərzində temperatur bir qədər yüksələcək. Lakin temperatur norma daxilində tərəddüd edəcək. Kəskin anomal istilər isə bu həftə ərzində gözlənilmir.

Paytaxtda günorta saatlarında 32-36 dərəcə istinin olacağı proqnozlaşdırılır. Avqustun 13-ü axşam saatlarından başlayaraq arabir güclənən şimal küləyi üstünlük təşkil edəcək. Ümumiyyətlə, həftə ərzində hava dəyişkən buludlu və yağmursuz keçəcək. Yalnız bəzi dağlıq ərazilərdə gecə saatlarında qısamüddətli yağış gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR