Bank Of Baku

Qədim Şəmkir şəhərində XII əsrə aid əmək alətləri və silah nümunələri aşkarlanıb

Qədim Şəmkir şəhərində XII əsrə aid əmək alətləri və silah nümunələri aşkarlanıb
# 11 avqust 2008 09:46 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Qədim Şəmkir şəhərinin xarabalıqlarında aparılan arxeoloji qazıntılar nəticəsində XII əsrə aid əmək alətləri, silah nümunələri və müxtəlif növ qablar aşkarlanıb. Bu barədə APA-ya ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Tarix Dostuyev məlumat verib. O, tədqiqat nəticəsində XIX əsrə aid rus hərbçilərinin yaşayış binasının da bütünlüklə açıldığını bildirib: “Binanın iki otaq və bir dəhlizdən ibarət olduğu məlum olub. Həmin binanın yaxınlığında XIX əsrə aid 2 metr 60 santimetr uzunluğunda arx qalığı da aşkarlanıb”. T. Dostuyev ərazidə aşkarlanan və qiymətli tapıntı sayılan ikiqatlı müdafiə tikintisinin də tədqiq edildiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR