Bank Of Baku

Naxçıvanda JFDP proqramının təqdimatı keçirilib

Naxçıvanda JFDP proqramının təqdimatı keçirilib
# 11 avqust 2008 23:18 (UTC +04:00)
Naxçıvan – APA. Naxçıvan Dövlət Universitetində (NDU) Amerika Beynəlxalq Təhsil Şurasının həyata keçirdiyi JFDP (Juniour Faculty Development Proqram) proqramı çərçivəsində təqdimat mərasimi keçirilib. NDU-dan APA-ya verilən məlumata görə, tədbirdə qeyd olunub ki, yüzlərlə ölkənin qatıldığı JFDP proqramına Azərbaycandan 2007-2008-ci tədris ilində 46 nəfər qoşulub. Həmin şəxslərdən yalnız 6-sı ABŞ-ın müxtəlif ali təhsil məktəblərində 6 ay müddətində təhsillərini davam etdirmək şansı qazanıb.
JFDP proqramının əsas məqsədi tələbələrdə pedaqoji təcrübənin formalaşdırılması və inkişaf etdirilməsi, habelə seçdikləri fənlərin ABŞ-ın ali təhsil məktəblərində tədrisi metodikasının öyrənilməsi və onların Azərbaycanın Ali təhsil məktəblərində, həmçinin Naxçıvan Dövlət Universitetində uğurlu tətbiqindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR