Bank Of Baku

Azərbaycanda 1885 əlilə avtomobil paylanıb

Azərbaycanda 1885 əlilə avtomobil paylanıb
# 11 avqust 2008 09:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Son 10 ildə Azərbaycanda Qarabağ müharibəsi və Böyük Vətən Müharibəsi əlillərinə 1885 “Oka” markalı avtomobil paylanıb. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlil, tənha və ahıllara sosial xidmətin təşkili şöbəsinin müdir müavini Rauf İsbatov APA-ya bildirib ki, maşınların 1143-ü Qarabağ, 314-ü Böyük Vətən Müharibəsi əlillərinə, 126-sı isə Naxçıvan Muxtar Respublikasında yaşayan əlillərə verilib. Bu ilin sonuna kimi əlillərə avtomobillərin paylanması davam etdiriləcək. R. İsbatov deyib ki, hazırda 3208 nəfər əlil maşın növbəsindədir. Onların 2022 nəfəri Böyük Vətən Müharibəsi, 152 nəfəri hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanlar, 88-i Çernobıl, 920-si Qarabağ, 26-sı 20 yanvar əlilidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR