Bank Of Baku

Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi vətəndaşlar üçün fərdi iş icazəsinin dövlət rüsumu artırılacaq

Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi vətəndaşlar üçün fərdi iş icazəsinin dövlət rüsumu artırılacaq
# 11 avqust 2008 10:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə fərdi iş icazəsi almaq istəyən əcnəbi vətəndaşlar üçün dövlət rüsumu artırılacaq. Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat veriblər. Nazirlikdən bildirilib ki, hazırda bununla bağlı təkliflər hazırlanır. Nazirlik hökumətə hazırda 45 manat məbləğində olan dövlət rüsumunun bir necə dəfə artırılmasını təklif edəcək. Rüsumun qaldırılmasında məqsəd Azərbaycanın əmək bazarına lazımsız işçi qüvvəsinin daxil olmasının qarşısını almaqdır.
Qeyd edək ki, fərdi iş icazəsi 1 il müddətinə verilir və 4 dəfə artırıla bilər. Hazırda Azərbaycanda 4000-ə yaxın əcnəbi əmək fəaliyyəti ilə qanuni məşğul olur. Onların 73%-i qeyri-neft sektorunda çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR