Bank Of Baku

Azərbaycanda texnikumların plan yerləri üzrə ixtisas seçiminə başlanılıb

Azərbaycanda texnikumların plan yerləri üzrə ixtisas seçiminə başlanılıb
# 11 avqust 2008 12:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008-2009-cu tədris ili üçün orta təhsil bazasından orta ixtisas məktəblərinin plan yerləri üzrə İnternetlə ixtisas seçiminə başlayıb. Komissiyadan APA-ya verilən məlumata görə, dünəndən başlayan ixtisas seçimi avqustun 15-dək davam edəcək. Orta ixtisas məktəblərinə tələbə qəbulu ali məktəblərə və orta ixtisas məktəblərinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılacaq. Müsabiqədə ali məktəblərin müvafiq qrupları üzrə keçirilən imtahanlar nəticəsində 50-dən çox bal toplayan abituriyentlər iştirak edəcəklər. Abituriyentlər ərizələrində dövlət və qeyri-dövlət orta ixtisas məktəblərinin təhsil forması ödənişli və ödənişsiz olan 12-dək ixtisas kodunu seçə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR