Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıtda ətraf mühitin mühafizəsi ilə bağlı qanun pozuntuları aşkarlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıtda ətraf mühitin mühafizəsi ilə bağlı qanun pozuntuları aşkarlayıb
# 12 avqust 2008 09:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt şəhərindəki 4 saylı şöbəsinin əməkdaşları iyul ayı ərzində xidməti ərazidə ətraf mühitin mühafizəsinə nəzarət məqsədilə keçirdikləri reydlər zamanı bir sıra qanun pozuntuları aşkarlayıblar. Nazirlikdən APA-ya verilən məlumata görə, Abşeron və Sumqayıtda avtomobillərə texniki xidmət məntəqələrində ekoloji təhlükəsizlik tələblərinə riayət edilmədiyi üçün 5 fiziki şəxs 1375 manat məbləğində cərimələnib. İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə Sumqayıt şəhərindəki “Alovmetal- 1” Birgə Müəssisəsi, “Qranit–B” firması, Abşerondakı “Sarıcan Co” LTD, “Mahmud” KFT, “Elmin-M” MMC, “Mineral” MMC, “Azeno Co” MMC, “Binəqədidəmirbeton” ATSC, “İCN Kompaniya” müəssisələrində aparılan araşdırmalar nəticəsində ekoloji qanunvericiliyin pozulması faktları aşkarlandığı üçün 6 cavabdeh şəxs 30525 manat məbləğində inzibati qaydada cərimələnib. Müəssisə rəhbərlərinə isə icra üçün konkret tələblərdən ibarət “məcburi göstərişlər” verilib.

Ümumilikdə iyul ayı ərzində aparılan nəzarət və araşdırmalar zamanı 24 akt və 12 protokol tərtib olunub, ətraf mühitə vurulan ziyan müqabilində 155862 manat 94 qəpik məbləğində 9 iddia, 9295 manat 10 qəpik məbləğində ödəmə tətbiq edilib, 13 cavabdeh şəxs 31047 manat 50 qəpik məbləğində inzibati qaydada cərimələnib, icra üçün konkret tələblərdən ibarət 14 “məcburi göstəriş” verilib, 2 iş isə baxılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilib. Ay ərzində 47418 manat 10 qəpik vəsaitin Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna ödənilməsi təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR