Bank Of Baku

Azərbaycanda Sümük İliyi Transplantasiyası və Talassemiya Mərkəzinin tikintisi yekunlaşır

Azərbaycanda Sümük İliyi Transplantasiyası və Talassemiya Mərkəzinin tikintisi yekunlaşır
# 12 avqust 2008 09:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Türkiyə Cümhuriyyəti Baş Nazirliyi Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin ( TİKA) başqanı Musa Kulaklıkayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıcın da iştirak etdiyi görüşdə Azərbaycanda səhiyyə sahəsində davam edən islahatlar, Türkiyə ilə Azərbaycan arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, habelə TİKA-nın Azərbaycanda səhiyyə sahəsində həyata keçirdiyi layihələr barədə müzakirələr aparılıb. O.Şirəliyev Azərbaycanda “Sümük iliyi transplantasiyası və Talassemiya Mərkəzinin inşaatı” layihəsində Türkiyə tərəfinin texniki yardım göstərməsini xüsusilə vurğulayıb. Nazir hemoqlobinopatiyaların müalicəsi üzrə azərbaycanlı mütəxəssislərin Türkiyədə təkmilləşdirmə kurslarına göndərilməsinin də bu layihənin əsas komponentlərindən biri olduğunu qeyd edib. Görüşdə səhiyyə sahəsində digər əhəmiyyətli layihələrdən biri olan “Dərman maddələrinin bioekvivalentliyi laboratoriyasının qurulması” haqqında da danışılıb. Görüşdən sonra Səhiyyə Nazirliyinin və TİKA-nın nümayəndələri tikintisi yekunlaşmaq üzrə olan “Sümük iliyi transplantasiyası və Talassemiya Mərkəzi”nə baxış keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR