“Həkimlər və Təbib Tələbələr Cəmiyyəti”nin üzvləri Yamaykada keçirilən beynəlxalq tədbirə qatılıblar
13 avqust 2008 12:14 (UTC +04:00)
Bakı – APA. Avqustun 7-dən 13-dək Yamaykanın Ocho Rios şəhərində Beynəlxalq Təbib Tələbələr Assosiasiyaları Federasiyasının (IFMSA-www.ifmsa.org) növbəti yığıncağı keçirilib. Tədbirdə Azərbaycanı “Həkimlər və Təbib Tələbələr Cəmiyyəti” İctimai Birliyinin baş katibi Lalə Qasımova və birliyin üzvü Kama Babayeva təmsil ediblər. Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, yığıncağa dünyanın 95 ölkəsindən 1000 nəfər tibb tələbəsi qatılıb. Tədbirdə elmi və ixtisas mübadilələri üzrə 30 razılaşma imzalanıb. Razılaşmalara əsasən, 3 pilləli seçimdən keçəcək tibb tələbələrimiz Avropanın inkişaf etmiş ölkələri olan Almaniya, Norveç, Niderland, Avstriya, Türkiyə, Polşa, Macarıstan və digərlərində hər biri 1 ay olmaqla təcrübə keçmək imkanı qazanacaqlar. Tədbirdə IFMSA-nin dəstəyi ilə “Həkimlər və Təbib Tələbələr Cəmiyyəti” İctimai Birliyinin həyata keçirəcəyi "Tibb Təhsilində Bolonya Prosesi və Müasir Tədris Metodları" adlanan layihə Tibb Təhsili Komitəsində və IFMSA-nın layihə təqdimi bölümündə təqdim olunub. Bundan başqa cəmiyyətin baş katibi Lalə Qasımova İFMSA-nın elmi mübadilə komitəsinə inkişaf üzrə koordinator seçilib.
Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024