Bank Of Baku

Gələn il Azərbaycanda müəllim hazırlığı ilə məşğul olan ali məktəblər İnternet şəbəkəsinə qoşulacaq

Gələn il Azərbaycanda müəllim hazırlığı ilə məşğul olan ali məktəblər İnternet şəbəkəsinə qoşulacaq
# 20 avqust 2008 12:23 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Təhsil Nazirliyi ölkə prezidentinin bu yaxınlarda təsdiqlədiyi «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində gələn ildən ali təhsil müəssisələrinin İnternetlə təmininə başlayacaq.
Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov «APA-Economics»ə bildirib ki, bunun üçün ilk növbədə müəllimlərin pedaqoji hazırlığı və təkmilləşdirilməsi ilə məşğul olan ali məktəblər seçilib. İlin sonuna kimi yaradılması nəzərdə tutulan DATA Mərkəzinin hesabına Azərbaycan Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Müəllimlər İnstitutu İnternetə qoşulmaqla yanaşı, onlarda İntranet şəbəkəsi də qurulacaq. S.Məmmədov bildirib ki, 2008-ci ildə proqramın icrasına 8,5 mln. manat, 2009-cu ildə isə 15-20 mln. manatın sərf edilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR