Bank Of Baku

Azərbaycanda “Nə? Harada? Nə vaxt?” İntellektual Oyunu üzrə Elitar Klubların Dünya Çempionatı keçiriləcək

Azərbaycanda “Nə? Harada? Nə vaxt?” İntellektual Oyunu üzrə Elitar Klubların Dünya Çempionatı keçiriləcək
# 20 avqust 2008 14:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Avqustun 23-27-də Bakıda “Nə? Harada? Nə vaxt?” İntellektual Oyunu üzrə Elitar Klubların Dünya Çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və “Game TV” Prodüser Mərkəzinin birgə təşkil etdiyi çempionatda Rusiya, Ukrayna, Gürcüstan və Azərbaycanın komandaları iştirak edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, sözügedən intellektual oyun yeddi ildir, keçirilir. Yarışda Cəlal Orucov, Fuad Musayev, Əziz Mürşüdlü, Adnan Axundov, Anar Əzimov, Rauf Nəzərli kimi məşhur oyunçular Azərbaycanı təmsil edəcəklər. “Nə? Harada? Nə vaxt?” yarışmasında Rusiya 7, Ukrayna 9, Gürcüstan 8 oyunçu ilə təmsil olunacaq. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR