Bank Of Baku

Nizami Cəfərov: ““Ov” soyad sonluğu slavyanlardan daha çox türklərə məxsusdur”

Nizami Cəfərov: ““Ov” soyad sonluğu slavyanlardan daha çox türklərə məxsusdur”
# 20 avqust 2008 14:50 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Nə vaxtsa mən də soy adımı dəyişdirə bilərəm. Onda ya Cəfər, ya da Cəfərli soyadını götürəcəyəm. “Zadə” soyad sonluğunu isə götürə bilmərəm. Mən “zadə”dənsə “ov”u məsləhət görürəm. Apardığım təhlillər nəticəsində “ov” soyad sonluğunun daha çox türklərə məxsus olduğu nəticəsinə gəlmişəm. Sadəcə olaraq, “ov” slavyanlaşıb”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov deyib. Komissiya sədri cəmiyyətdə soy adlarının milliləşdirilməsi istiqamətində hərəkatın hiss edildiyini bildirib, Milli Məclisin bir qrup deputatının da belə addım atmasını müsbət qiymətləndirib.

Soyadın dəyişdirilməsinin uzun bir proses olduğunu deyən N. Cəfərov sənədlərin dəyişdirilməsinə fiziki cəhətdən imkanı olmadığını deyib: “Açıq desəm, bunun bir səbəbi də tənbəllikdir. Mənim onlarla sənədim var. Universitet diplomundan tutmuş Akademiyanın müxbir üzvlüyünə kimi... Yəni həmin sənədləri dəyişdirməyə fiziki cəhətdən belə imkanım yoxdur. Bəlkə də əsas səbəb budur. Ola bilsin, nə vaxtsa bu addımı atım”.

Komissiya sədri digər tərəfdən bu mələyə mexaniki yanaşmanı düzgün hesab etmir. Onun sözlərinə görə, soyadların dəyişdirilməsinə kampaniya kimi yanaşmaq olmaz: “Gərək hər kəsin daxilində bir ehtiyac yaransın”.

N. Cəfərov, həmçinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı idarələrinin bu sahədə həddən artıq liberal olmasının vacibliyini vurğulayıb: “Yəni, kim istəsə, soyadını dəyişdirə bilməli, bu süni maneə olmamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR