Bank Of Baku

Oqtay Şirəliyev İsrailin Azərbaycandakı səfirini qəbul edib

Oqtay Şirəliyev İsrailin Azərbaycandakı səfirini qəbul edib
# 20 avqust 2008 14:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Artur Lenki qəbul edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və İsrailin səhiyyə və tibb elmi sahəsi üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub. Qeyd edilib ki, indiyədək tərəflər arasında heç bir səhiyyə sazişinin olmamasına baxmayaraq, müxtəlif layihələr çərçivəsində əməkdaşlıq edilir. Hazırda İsrailin də Azərbaycanda tibbi məsləhət koordinasiya müəssisəsi fəaliyyət göstərir.

A. Lenk İsrailin səhiyyə nazirinin Azərbaycana rəsmi dəvətinin diplomatik kanallarla səhiyyə nazirinə təqdim olunacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR